Əfsanəvi futbolçu Dieqo Maradona yenə qalmaqallı açıqlamalarla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, argentinalı veteran futbolçu keçmiş klubu “Napoli”nin prezidenti Aurelio de Laurentisi sərt sözlərlə tənqid edib.
Belə ki, həmyerlisi Qonzalo İquaynın “Yuventus”a keçməsində əsas günahkar olaraq klub rəsmisini göstərən Maradona onun hücumçunu bilərəkdən satdığını deyib: “De Laurentis “Yuventus”a hücumçu lazım olduğunu gördü və bilərəkdən İquaynı onlara satdı. Hətta əlində olsa, arvadını da satar”.
Maradonanın qınaq obyekti təkcə klub prezidenti olmayıb. O, İquaynı da “xoş sözlər”ə qonaq edib: “Mən o vaxt “Napoli”ni seçmişdim, Qonzalo isə “Yuventus” üstün tutdu. İndi zaman dəyişib, biz formaya bağlı olurduq, pula yox”.