İngiltərənin tanınmış futboçusu Devid Bekhem Parisin «Pari Sen-Jermen»lə 5 aylıq müqavilə imzalayıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Farnsa paytaxtında keçirdiyi mətbuat konfransında o, deyib: «37 yaşım var.Futboçu karyeram boyunca bu qədər təklif almamışam. Mən PSJ-nni seçdim.Fikrimcə, bu komandanın oyunçuları əllərindən gələni edir».
İngiltərə yığmasının keçmiş kapitanı ötən il dekabrın sonunda ABŞ-ın «Los-Anceles» klubunda sonuncu oyununu oynayıb. O, son 6 ildə bu komandada çıxış edib.
«Pari Sen-Jermen» 1970-ci ildə yaranıb.İndiyədək iki dəfə Fransa çemipionu olub.8 dəfə ölkənin kubokunu qazanıb. 2011-ci ilin mayında klubun aksiyalarının 70 faizi «Qatar Sports Investments» tərəfindən alınıb.