Türkiyə Superliqasında XIII turun növbəti oyunları keçirilib. Apasport.az-ın məlumatına görə, tur “Kasımpaşa” – “Akhisar” matçı ilə başlayıb.
Meydan sahiblərinin 2 top fərqi ilə üstün olduğu matçda qələbəni ədən verib – 2:2.
Turun II günü “Gənclərbirliyi” “Ərciyəsspor”u səfərdə 2:4 hesabı ilə məğlub edib.
“Balıkəsirspor” “Rizəspor”la (2:2), “Əskişəhərspor” isə “Bursaspor”la heç-heçəyə raılaşıb – 0:0.
“Beşiktaş” səfərdə “Sivasspor”la münasibətlərinə aydınlıq gətirib. “Qara qartallar” 0:1 hesabı ilə meydan sahiblərini üstələyib.
Turun mərkəzi görüşü “Şükrü Saracoğlu” stadionunda baş tutub. Lider “Qalatasaray” 3-cü pillədə yer alan “Fənərbaxça”nın qonağı olub. Maraqlı keçən derbidə azarkeşlər yalnız 1 qola şahidlik ediblər. Matçın 81-ci dəqiqəsində Dirk Kyutun vurduğu top “sarı bülbüllər”ə qələbə qazandırıb.
Beləliklə, “Qalatasaray” uduzmasına baxmayaraq, 51 xalla turnir cədvəlində yerini qoruyur. Eyni xala malik olan “Beşiktaş” 2-ci, 50 xalla “Fənərbaxça” 3-cü sıradadı.
Tur isə “Mersin İdmanyurdu” – “Trabzonspor” oyunu ilə başa çatacaq.
Türkiyə Superliqası
XXIII tur
06 mart
"Kasımpaşa” – “Akhisar” - 2:2
Qollar: Böyük, 6, Skaryone, 53 - Dvali, 65-avtoqol, Mezenqa, 75
07 mart
“Ərciyəsspor” – “Gənclərbirliyi” - 2:4
Qollar: Sylla, 66, Gurler, 90+1 – Qleb, 33, Landel, 44; 82, Çəlik, 77
“Balıkəsirspor” – “Rizəspor” - 2:2
Qollar: Zeç, 4, Kulusiç, 49 – Karakas, 77, Kueuke, 83
"Əskişəhərspor” – “Bursaspor” - 0:0
08 mart
“Başakşəhər” – “Konyaspor” - 0:0
“Sivasspor” – “Beşiktaş” - 0:1
Qol: Hatkinson, 44
“Karabükspor” – “Qaziantepspor” - 0:0
“Fənərbaxça” – “Qalatasaray” - 1:0
Qol: Kuyt, 81
09 mart
20:00. “Mersin İdmanyurdu” – “Trabzonspor”