“Qarabağ”ın yeni transferi Con Delarjın müqavilə müddəti müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Fransa mətbuatı yayıb.
Bildirilir ki, Konqo millisinin hücumçusu Azərbaycan çempionu ilə artıq münasibətləri rəsmiləşdirib. Məqalədə Delarjın “Qarabağ”la 3 illik müqavilə bağladığı vurğulanıb. 28 yaşlı forvardın adı Çempionlar Liqasının II təsnifat mərhələsində “Kukesi” ilə oyunların iştirak ərizəsinə əlavə olunacaq.
Qeyd edək ki, 2012-ci ildən Konqo yığmasının formasını geyinən Con Delarj millidə meydana çıxdığı 11 oyunda 1 qola imza atıb.