Argentina millisinin dünya çempionatı üçün ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Xorxe Sampaoli 35 oyunçuya dəvət yollayıb.
Qapıçılar: Serxio Romero (“Mançester Yunayted”), Nauel Qusman (“Tiqres”), Villi Kabalyero (“Çelsi”), Franko Armani (“River Pleyt”)
Müdafiəçilər: Markos Roxo (“Mançester Yunayted”), Herman Petselya (“Betis”), Kristian Ansaldi (“Torino”), Ramiro Funes Mori (“Everton”), Federiko Fazio (“Roma”), Nikolas Otamendi (“Mançester Siti”), Markos Akunya (“Sportinq”), Eduardo Salvio (“Benfika”), Nikolas Talyafiko (“Ayaks”), Qabriel Merkado (“Sevilya”)
Yarımmüdafiəçilər: Pablo Peres (“Boka Xuniors”), Adrian Senturion (“Rasinq”), Maksimiliano Mesa (“İndependiente”), Qido Pisarro (“Sevilya”), Enzo Peres (“River Pleyt”), Rodriqo Battalya (“Sportinq”), Xavier Masçerano (“Xebey Çayna Forçun”), Leandro Parades (“Zenit”), Manuel Lanzini (“Vest Hem”), Covanni Lo Selso, Anxel Di Mariya (hər ikisi PSJ), Lukas Bilya (“Milan”), Ever Baneqa (“Sevilya”)
Hücumçular: Qonzalo İquayn, Paulo Dibala (hər ikisi “Yuventus”), Lionel Messi (“Barselona”), Serxio Aquero (“Mançester Siti”), Dieqo Perotti (“Roma”), Kristian Pavon (“Boka Xuniors”), Lautaro Martinez (“Rasinq Avelyaneda”), Mauro İkardi (“İnter”)
Mundiala 3-ü qapıçı olmaqla 23 nəfərlik heyət yollanacaq.
Qeyd edək ki, Argentina yığması DÇ-2018-də İslandiya, Nigeriya və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq.