MDB çempionatını Tuayevin qohumu keçirəcək
27 dekabr 2012 11:05 (UTC +04:00)

MDB çempionatını Tuayevin qohumu keçirəcək

Futbol üzrə MDB çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Lent.az-ın məlumatına görə, Rusiya “Alaniya”sının baş məşqçisi Valeri Qazzayev quruma sədr seçilib.

 

Təşkilat Komitəsinin Müşahidə Şurasına isə “Anji”nin prezidenti Süleyman Kərimov, MOİK-in prezidenti Yevgeni Giner, “Zenit”in prezidenti Aleksandr Dyukov və Rusiya Futbol Premyer Liqasının sədri Sergey Pryadkin daxil edilib.

 

Qeyd edək ki, Valeri Qazzayev Azərbaycanın veteran futbolçusu, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin yaxın qohumudur.

# 778
avatar

Oxşar yazılar