Ötənlərin məşhur qapıçısı Rinat Dasayev yenidən Rusiyanın “Spartak” futbol komandasına qayıdıb. Lent.az-ın məlumatına görə, Dasayev “qırmızı-ağlar”ın qapıçılarla işləyən məşqçisi olacaq.
O, az öncə “Torpedo”nu məşqçilər heyəti ilə birgə 2012-2013-cü il mövsümünün ikinci hissəsinə hazırlamağa başlamışdı. İndi isə Dasayev “Spartak”dan gələn təklifi qəbul edib.
Qeyd edək ki, Rinat Dasayev 1998-1999-cu illərdə “Spartak”da çalışıb. O, 2003-2005-ci illərdə isə Rusiya yığmasında məşqçilərlə işləyən qapıçı olub.