Kosta-Rika milli komandasının futbolçularının 2014-cü il dünya çempionatı vaxtı sekslə məşğul olmalarına icazə verilib. Lent.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Xorxe Luis Pinto seksin oyunçuları rahatladacağını bildirib.
Lakin Pinto hər şeyin öz qaydasında olmasını da məsləhət görüb. Daha öncə onun Braziliya millisindəki həmkarı Luis Felipe Skolari də seksə icazə verib. Skolari akrobatika elementləri olmadan, münasib pozlarla məşğuliyyəti məqsədəuyğun sayıb.
Qeyd edək ki, Xorxe Luis Pinto heç də komandasına qarşı birmənalı olaraq, demokratiya sərgiləmir. Bu yaxınlarda o, oyunlara hazırlıq ərəfəsində mobil telefonlardan istifadəyə qadağa qoyub.