Daha bir ulduz "Fənərbaxça"nı tərk edir
15 aprel 2015 22:33 (UTC +04:00)

Daha bir ulduz "Fənərbaxça"nı tərk edir

0

“Fənərbaxça”nın portuqaliyalı yarımmüdafiəçisi Raul Meyreleş İngiltərə Premyer Liqasına qayıtmaq niyyətindədi.

 

Apasport.az saytı xəbər verir ki, Türkiyəni tərk etməkdə israrlı görünən futbolçu bunun üçün meneceri ilə görüş keçirib.

 

 Böyük Britaniyanın tanınmış  “Daily Mirror” nəşrində  “Everton” və “Vest Hem”in Meyreleşlə maraqlandığı haqda məlumat  dərc edilib.

 

Qeyd edək ki, daha öncə Premyer liqa klublarından “Liverpul”la “Çelsi”nin formasını geyinən 32 yaşlı oyunçunun “Fənərbaxça” ilə bir illik müqaviləsi var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar