Daha bir futbolçumuz millidən kənarlaşdırıldı
10 noyabr 2015 17:59 (UTC +04:00)

Daha bir futbolçumuz millidən kənarlaşdırıldı

0

Noyabrın 17-də Moldova millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının heyətində daha bir dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin futbolçusu Ruslan Abışov heyətdən kənarlaşdırılıb.

 

Buna səbəb 28 yaşlı müdafiəçinin zədəli olmasıdı. Bu üzdən Abışov Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda iştirak edə bilməyəcək

 

Qeyd edək ki, bunadək eyni səbəbdən Dmitri Nazarov heyətdən çıxarılıb, əvəzində Ağabala Ramazanovla Ürfan Abbasov hazırlıqlara çağırılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 417

Oxşar yazılar