Daha  bir klub ilk “6-lığ”ı təmin etdi
13 fevral 2013 18:11 (UTC +04:00)

Daha bir klub ilk “6-lığ”ı təmin etdi

Futbol üzrə Topaz Premyer Liqasında daha bir klub ilk “6-lıq”dakı yerini təmin edib. Lent.az-ın məlumatına görə, bu, “Neftçi”dir.

 

Flaqman IV turdan təxirə salınmış oyunda səfərdə AZAL-ı məğlub edib – 2:1. Hesabı 27-ci dəqiqədə “Neftçi”nin hücumçusu Nikolas Kanales açıb. Çilili forvard ilk yarıya əlavə olunmuş 1-ci dəqiqədə “dubl” edib. AZAL buraxdığı qollardan yalnız 1-ə cavab verə bilib. 72-ci dəqiqədə Junior Nildo fərqlənib.

 

Bu qələbədən sonra “Neftçi” xallarını 35-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. AZAL isə 23 xalla 7-ci pillədə qalıb. Flaqman “təyyarəçilər”dən 12 xal aralandığı üçün qalan 3 turun nəticəsindən asılı olmayaraq, ilk “6-lıq”da iştirak hüququna yiyələnib. Daha öncə “İnter” və “Simurq” da eyni hüquqa sahib olub. AZAL-ın “Neftçi”yə məğlubiyyətindən sonra “Qarabağ” da ilk “6-lığ”a düşmə şanslarını demək olar ki, təmin edib. Qalan 3 oyunda Ağdam komandasına cəmi 1 xal da kifayət edəcək.  

# 705
avatar

Oxşar yazılar