2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş medal qazanmış Rusiya sərbəst güləşçisi Bəxtiyar Əhmədov qarnından güllə yarası alıb. Lent.az-ın məlumatına görə, bu barədə Dağıstan Güləş İdmanı Federasiyasından “İnterfax”a açıqlama verilib.
Mənbə Əhmədovun xəstəxanaya çatdırıldığını və əməliyyat olunduğunu bildirib. Lakin Rusiya Daxili İşlər Nazirliyinin Dağıstan bölməsi güllə yarası ilə xəstəxanaya çatdırılan şəxsin məhz olimpiya vitse-çempionu olmasını hələlik açıqlamayıb.
Qeyd edək ki, Bəxtiyar Əhmədov Pekin olimpiadasında 120 kq çəkidə gümüş medala sahib olub.