Məşhur türkiyəli hakim Cüneyt Çakır cəzalanacaq.
Apasport.az saytının məlumatına görə, buna səbəb onun Türkiyə Superliqasının son turu çərçivəsində baş tutan “Trabzonspor” – “Qalatasaray” matçında ev sahiblərinin lehinə penalti təyin etməməsi olub.
Belə ki, epizodların birində top cərimə meydançası daxilində “Qalatasaray”ın müdafiəçisi Ceyson Denayerin əlinə dəysə də, tanınmış hakim bu vəziyyətdə oyunu davam etdirmişdi.
Türkiyə Futbol Federasiyası epizodu nəzərdən keçirərək qərarın düzgün olmadığına qərar verib. Çakıra 15 gün “istirahət” veriləcəyi gözlənilir.