Cüdoçularımız Qran-prinin ilk günündə medal qazana bilmədilər
13 may 2016 14:10 (UTC +04:00)

Cüdoçularımız Qran-prinin ilk günündə medal qazana bilmədilər

Bu gün Qazaxıstanın Almatıda şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib. Apasport.az saytının məlumatına görə, Olimpiya mərhələsində bu seriyadan sonuncu olan turnirin ilk günündə tatami üzərinə Azərbaycan millisinin 5 üzvü çıxıb. Lakin onlardan heç biri mükafatçılar sırasına düşə bilməyib.

 

Kişilər

60 kq

Sadiq Məhərrəmov ilk görüşdəcə məğlubiyyətə üzülüb. O, misirli Əhməd Abelrahmanla bacarmayıb.

Ondan fərqli, Vüqar Şirinli Qran-priyə qələbə ilə başlayıb. Həmyerlimiz Aaron Kunihironu (ABŞ) mübarizədən kənarlaşdırıb. Lakin cüdoçumuz bunun ardını gətirə bilməyib. O, ikinci görüşündə yerli Kiliş Yerenkayipova ipponla uduzub.

 

66 kq

İlk 2 mərhələdə azad olan İsgəndər Talışınski yarışa 1/8 finaldan başlayıb. Yoşiro Maruyama (Yaponiya) ilə üz-üzə gələn idmançımız ippona düşüb.

 

Millimizin təcrübəli üzvlərindən olan Tərlan Kərimovun da ilk görüşü uğurlu alınmayıb. O, 1/16 finalda qazaxıstanlı Azamat Mukanova ipponla məğlub olub.

 

Qadınlar

48 kq

Ayşə Qurbanlı da turnirlə vaxtından əvvəl vidalaşıb. Həmyerlimiz birinci qarşılaşmasında indoneziyalı Kusumavardini Susantiyə ipponla qalib gəlsə də, ardınca fransalı Laetitya Payetə 3 dəqiqə 56 saniyəyə uduzub.

 

Azərbaycan millisi 3 gün davam edəcək yarışa 14 cüdoçu ilə qatılıb.

 

Qeyd edək ki, Olimpiya tsiklində reytinq xalı verəcək sonuncu – “Masters” yarışı mayın 27-29-da Meksikada baş tutacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 223

Oxşar yazılar