Cüdoçu qızlarımızdan qızıl və bürünc medal
07 fevral 2015 12:44 (UTC +04:00)

Cüdoçu qızlarımızdan qızıl və bürünc medal

“Zirvə” İdman Klubunun cüdoçuları uğur qazanmaqda davam edirlər. Xüsusulə də qızlarımızın nəticələrini fərqləndirmək lazımdır.

4-5 fevral tarixlərində Şağan Olimpiya Kompleksində gənclər – yaşı 21-ə qədər olan idmançılar arasında Azərbaycan çempionatı keçirilib. Yarışda “İsmayıllı-Zirvə” Cüdo Klubunun üzvləri iştirak edərək evə medalla dönüblər.

Hacıyeva Səbinə 70 kq çəki dərəcəsində bürünc medal qazanıb. Həsənli Günel isə 78 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Məşqçi Əkbər Şəfəqətovun yetirmələrinin bu uğuru bizləri sevindirib.

İdmançıları təbrik edir, onlara digər yarışlarda da qələbələr arzulayırıq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 285
avatar

Oxşar yazılar