"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Con Toşakın yeni iş yeri müəyyənləşib.
Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, uelsli mütəxəssis Türkiyənin "Antalyaspor"la klubunu çalışdıracaq. Tərəflərin razılığa gəldiyini bildirilir.
Qeyd edək ki, Con Toşak "Xəzər Lənkəran"da 2013-cü ildə çalışıb. O, son olaraq Mərakeşin "Vidad" komandasında işləyib.