Serbiyalı tennisçi Novak Cokoviç “Böyük dəbilqə” seriyasından Avstraliyanın açıq çempionatının qalibi olub. Lent.az-ın məlumatına görə, Cokoviç kişilərin fərdi mübarizəsində finalda böyük britaniyalı Endi Mürreyi yenib - 6:7, 7:6, 6:3, 6:2.
Mürrey ilk 2 setdə ciddi müqavimət göstərə bilib. O, hətta ilk setdən qalib ayrılmağı bacarıb. Hazırda dünyanın ən yaxşı tennisçisi sayılan Cokoviç isə ikinci dəfə finalda məhz bu rəqibini üstələyib. Daha öncə serbiyalı tennisçi böyük britaniyalını 2011-ci ildə 3 setə yenmişdi.
Qeyd edək ki, qadınların fərdi mübarizəsində belaruslu Viktoriya Azarenko qalib olub.