Fransız futbolçu Olivye Jirunun maraqlı fobiyası üzə çıxıb. Apasport.az saytının məlumatına görə, “Arsenal”ın hücumçusu klubun mətbuat xidmətinə verdiyi müsahibədə bildirib ki, o, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində efirə gedən ABŞ istehsalı olan “Alf” serialının baş qəhrəmanı olan animasiya qəhrəmanından çox qorxurmuş.
“O necə də qorxunc və çirkin idi. Mən ailənin ən kiçik uşağı idim. Qardaşlarım tez-tez onun adını mənim yanımda çəkib, məni hövsələdən çıxartmağı çox sevirdilər. Onlar həmişə deyirdilər ki, ehtiyatlı ol, Alf düz yanındadı” – deyə Fransa millisinin oyunçusu bildirib.