Çempionlar Liqasının püşkatma vaxtı açıqlandı
11 aprel 2013 11:02 (UTC +04:00)

Çempionlar Liqasının püşkatma vaxtı açıqlandı

Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü aprelin 12-də atılacaq. Lent.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

 

Yarımfinala 2 ölkədən 4 komanda yüksəlib. “Barselona” və “Real Madrid” İspaniyanı, “Bavariya” və “Borussiya” (Dortmund) Almaniyanı təmsil edir. “Barselona” ardıcıl 6-cı, “Bavariya” son 4 mövsümdə 3-cü, “Real Madrid” ardıcıl 3-cü dəfə ¼ final səddini uğurla adlayıb. “Borussiya” isə sonuncu dəfə 1997-1998-ci il mövsümündə Çempionlar Liqasının yarımfinalına yüksəlib. Bundan bir mövsüm öncə isə Dortmund təmsilçisi turnirin qalibi olub.

 

Qeyd edək ki, püşk atılarkən, komandaların reytinqi və ya təmsil etdikləri ölkələr üzrə bölgüsü nəzərə alınmayacaq. Yəni, yarımfinalda “Real Madrid”lə “Barselona”nın və “Bavariya” ilə “Borussiya”nın bir-biri ilə üz-üzə gəlməsi istisna deyil.

# 1256
avatar

Oxşar yazılar