Çempionlar Liqasının 2 oyunu türk hakimlərə tapşırıldı
04 mart 2013 16:13 (UTC +04:00)

Çempionlar Liqasının 2 oyunu türk hakimlərə tapşırıldı

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 4 matçından 2-si türkiyəli hakimlər briqadasına həvalə olunub. Lent.az-ın məlumatına görə, FİFA referilərindən Cüneyt Çakır İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Real Madrid” komandaları arasındakı görüşün baş hakimi təyin edilib.

 

Bu oyun martın 5-də “Old Trafford” stadionunda baş tutacaq. Ertəsi gün isə İtaliyada “Yuventus”la Şotlandiya “Seltik”ini üz-üzə gətirəcək matçı Fırat Aydınus idarə edəcək. Qarşılaşma Turin şəhərindəki “Yuventus Stadium”da oynanılacaq.

 

Hər iki matç Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. İlk oyunlarda “Real Madrid” “Mançester Yunayted”lə heç-heçə edib – 1:1. “Seltik” isə evdə “Yuventus”a 0:3 hesabı ilə uduzub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 938
avatar

Oxşar yazılar