Çempionlar Liqasındakı danışılmış oyunlardan biri məlum oldu
05 fevral 2013 16:06 (UTC +04:00)

Çempionlar Liqasındakı danışılmış oyunlardan biri məlum oldu

2009-2010-cu il mövsümündə İngiltərənin “Liverpul” və Macarıstanın “Debretsen” komandaları arasında keçirilmiş futbol üzrə Çempionlar Liqasının qrup matçı Avropa Polisinin (Europol) danışılmış oyunlar siyahısına düşüb. Lent.az-ın “Ekstra Bladet” nəşrinə istinadən verdiyi məlumata görə, “Debretsen”in qapıçısı Vukaşin Poleksiç 2 və ya daha çox qol buraxmaq üçün Asiya bukmeyker kontorundan pul sindikatı alıb.

 

Pulu Poleksiçə bukmeyker kontorunda qoyuluşlardan qazanmaq istəyən cinayətkarlar ödəyiblər. Lakin görüş “Liverpul”un minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Oyun ərzində “qırmızılar” “Debretsen”in qapısına 7 zərbə endirsələr də, yalnız Dirk Kuyt fərqlənə bilib.  

 

 

Qeyd edək ki, fevralın 4-də “Europol” son illər Avropada nəticəsi əvvəlcədən müəyyənləşdirilmiş 380 qarşılaşmanın oynanıldığını açıqlayıb. Həmin siyahıya Çempionlar Liqasının 2 oyunu da düşüb. Polis danışılmış oyunlarda iştirak edən komandaları açıqlamayıb. Mətbuatda bu görüşlərdən birinin İngiltərədə baş tutduğu yazılıb. Vukaşin Polekşiç 2009-2010-cu il mövsümündə “Debretsen”in İtaliya “Fiorentina”sı ilə görüşündə də “fərqlənib”. Qapıçı ilk yarıda 37 dəqiqə ərzində 4 top buraxıb. Oyun florensiyalıların qələbəsi ilə başa çatıb – 4:3. Həmin oyunun araşdırması 2010-cu ildə aparılıb və Polekşiçə 2 illik cəza verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1269
avatar

Oxşar yazılar