Voleybolçu qadınlar arasında Çempionlar Liqasında 1/6 final mərhələsinə start verilib. Lent.az-ın məlumatına görə, 6 qarşılaşmadan 1-də Azərbaycanın “Azərreyl” və “Lokomotiv” klubları üz-üzə gəlib. Azərbaycan Voleybol Federasiyasının İdman Zalında baş tutan qarşılaşma “Azərreyl”in qələbəsi ilə tamamlayıb – 3:0. “Lokomotiv” hər üç setdə sonadək müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib - 20:25, 21:25, 22:25. Cavab görüşü yanvarın 23-də elə eyni məkanda olacaq.
Ölkəmizin daha bir təmsilçisi “Rabitə” isə bu gün Fransa “Kann”ının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.