Çempionlar Liqası: “Seltik" və "Valensiya" qalib gəldi
20 avqust 2015 04:35 (UTC +04:00)

Çempionlar Liqası: “Seltik" və "Valensiya" qalib gəldi

0

UEFA Çempionlar Liqasının pley-of mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə daha 5 qarşılaşma baş tutub.

 

Albaniya “Skenderbeu”su öz meydanında “Dinamo” Zaqrebi qəbul edib. Xorvatiyalılar səfərdə qalbi gəlib.

 

3-cü təsnifat mərhələsində çempionumuz “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Seltik” isə “Malmö”nü qonaq edib. Şotlandiyalılar ilk oyunda 3:2 hesablı qələbə qazanıb.

 

“Şaxtyor” Avstriyada “Rapid”ə qalib gəlib.

 

Günün mərkəzi oyunu isə İspaniyada baş tutub. “Valensiya” "Monako" ilə qarşılaşıb. Meydan sahibləri 3:1 hesab ilə qələbə qazanıblar.

 

UEFA Çempionlar Liqası

Pley-of mərhələsi

 

 

 

“Skenderbeu” (Albaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:2

Qol: Şkembi, 37 - Soudani, 67, Pivariç, 90+3

 

“Seltik” (Şotlandiya) - “Malmö” (İsveç) - 3:2

Qol: Qriffits, 3, 62, Biton, 10 - Berget, 52, 90+5

 

“Bazel” (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail) - 2:2

Qollar: Delqado, 39, Embolo, 88 - Zehavi, 31, 90+6

 

“Rapid” (Avstriya) - “Şaxtyor” (Ukrayna) - 0:1

Qol: Marlos, 44

 

“Valensiya” (İspaniya) - “Monako” (Fransa) - 3:1

Qol: Rodriqo, 4, Parexo, 59, Fequli, 86 - Pasaliç, 49

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar