Çempionlar Liqası: “Real Madrid” də darmadağın olacaqmı?
24 aprel 2013 18:56 (UTC +04:00)

Çempionlar Liqası: “Real Madrid” də darmadağın olacaqmı?

Aprelin 24-də futbol üzrə Çempionlar Liqasında (ÇL) daha bir yarımfinal görüşü keçiriləcək. Lent.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 23:45-də Almaniyanın Dortmund şəhərində “Borussiya” ilə İspaniyanın “Real Madrid” komandaları üz-üzə gələcək.

 

Qarşılaşmanı hollandiyalı referi Byorn Kaypers idaə edəcək. “Borussiya” və “Real Madrid” bu mövsüm ÇL-in qrup mərhələsində 2 dəfə üz-üzə gəlib. Həmin oyunlarda almaniyalılar üst-üstə 4 xal qazanıblar. Baş məşqçi Yurgen Kloppun komandası evdə 2:1 hesabı ilə qalib gəlib, səfərdə isə heç-heçəyə nail olub – 2:2. Amma “Borussiya” sonuncu dəfə 15 il öncə ÇL-in yarımfinalında çıxış edib. Həmin vaxt turnirin qalibi titulundan bu komandanı məhz “kral klubu” məhrum edib.

 

Lakin “Real Madrid” də son 2 mövsümdə yarımfinalda mübarizəni dayandırıb. Baş məşqçi Joze Mourinyo isə bu dəfə hər şeyin başqa cür olacağına söz verib: “Mən komandanın sükanı arxasına keçəndə də uğurla çıxış edirdik. Lakin həmin vaxt əsas favoritlər arasında göstərilmirdik. O vaxtdan komandamız artırıb. “Real Madrid” elə bir komandadır ki, onun üçün ikinci yer də heç nədir. Biz finala çıxmalı və qalib olmalıyıq”.

 

Hər şeyə rəğmən, “Real Madrid”in ciddi kadr problemləri var. Bu səbəbdən, “kral klubu” səfər matçında favorit göstərilmir. “Betis”lə İspaniya çempionatındakı son oyunu Mikael Essyen və Fabio Koentrao zədə üzündən buraxmalı olub. Görüşün gedişində Luka Modriç və Marselo da xəsarət alıb. İlk yarımfinal matçını Alvaro Arbeloanın buraxacağı dədiqdir. “Borussiya”da isə demək olar ki, itki yoxdur. Sebastyan Kel və Sven Bender Almaniya çempionatında “Maynts”la ötən matçı buraxıb. Lakin onların “Real Madrid”ə qarşı oynamalarında problem olmayacaq. Komandanın əsas snayperi Robert Levandovski də görüşə hazırdır.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyununda Almaniyanın digər təmsilçisi “Bavariya” İspaniyanın “Barselona” komandasını darmadağın edib – 4:0.

 

# 1090
avatar

Oxşar yazılar