21-ci medalı Cəbrayıl Həsənov qazandı
17 iyun 2015 20:20 (UTC +04:00)

21-ci medalı Cəbrayıl Həsənov qazandı

İkiqat Avropa çempionumuz Cəbrayıl Həsənov üçüncü yer uğrunda görüşdə Cəbrayıl bolqarıstanlı Kiril Terziyevlə qarşılaşıb və 9:0 hesabı ilə qalib gəlib. Apasport.az saytının məlumatına görə, onun qazandığı bürünc medal yığmamızın 21-ci mükafatı olub.

 

Cəbrayıl Həsənov  da Əliyev kimi yarışa ikinci mərhələdən qatılıb. 1/8 finalda Mihali Haqi (Macarıstan) ilə güləşən dünya çempionatının mükafatçısı 10:0 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib. O, növbəti qarşılaşmasını türkiyəli Soner Dəmirtaşla qüvvəsini sınayıb. Cəbrayıl 3:0 hesabı ilə öndə olsa da, yekunda 3:5 hesabı ilə uduzub.

 

Dəmirtaş finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə qatılıb. O, bu mərhələdə Anri Seleniusa (Finlandiya) qalib gələrək, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225

Oxşar yazılar