Cazibədar həkim Mourinyoni məhkəməyə verir
15 avqust 2015 02:43 (UTC +04:00)

Cazibədar həkim Mourinyoni məhkəməyə verir

0

ANS PRESS-in məlumatına görə, həkim Eva Karneyro baş məşqçi Jose Maurinyo tərəfindən tənqid edəndən sonra, öz işindən kənarlaşdırılıb. Karneyroya “Çelsi”nin məşqlərinə, həmçinin komandanın oyunçularının qaldığı otelə giriş qadağan edilib. Halbuki, Eva Karneyro klubun tibb əməkdaşı olaraq qalır.

 

İngitərənin “Çelsi” komandası çempionatın ilk turunda “Suonsi” komandasıyla hesabı heç-heçə bitirəndən sonra, Mourinyo həkimi tənqid edib. Eva Karneyro yarımmüdafiəçi Eden Azara ilk yardım göstərmək üçün onu meydandan aparıb. Bu isə baş məşqçini qıcıqlandırıb. Mourinyonun sözlərinə görə, futbolçunu oyundan kənarlaşdırmağa ehtiyac yox idi, çünki “Çelsi”də oyunçular onsuz da azlıq təşkil edirdi. Məşqçi həkim Korneyroya məsləhət gördü ki, futbol oyununun qaydalarını öyrənsin.

 

Eva Karneyro “Çelsi”də 2009-ci ildən işləyir, 2011-ci ildə isə eks məşqçi Andre Villas-Boasın əmri ilə komandanın ilk tibb qərargahının əməkdaşı olub. Eva Karneyro 1973-cü ildə Hibraltar da ispanyalı və ingilis ailəsində doğulub. Həkim Nottinqem universitetini bitirəndən sonra, öz təhsilini Melburnda idman fiziologiyası kollecində davam edib və Londonda magistr dərəcəsi alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 361

Oxşar yazılar