"Barselona" yarımmüdafiəçi Serxio Busketslə müqaviləni yeniləyib. Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, İspaniya millisinin üzvü 2019-cu ilə qədər “Barselona”da qalacaq.
Busketsin illik maaşı bundan sonra 10 milyon avro olacaq. Bununla da o, komandada Lionel Messi, Xavi Ernandes və Andres İnyestadan sonra ən yüksək məvacib alan 4-cü oyunçu olacaq.
26 yaşlı futbolçunun müqaviləsinə əlavə olunan bəndə görə, onun transfer qiymətinin 175 milyon avro qeyd edilib.
Qeyd edək ki, Serxio Buskets bu mövsüm keçirdiyi 22 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə verib.