“Qalatasaray” klubunun prezidenti Ünal Aysal komandanın hücumçusu Burak Yılmazı hansı şərtlərdə sata biləcəklərini açıqlayıb.
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Ünal Aysal deyib ki, hazırda Çempionlar Liqasında vurduğu qolların sayına görə Kristian Ronaldu ilə birinci yeri paylaşan Burak Yılmazı istəyən klub olarsa, ulduz futbolçu üçün 40 milyon avro tələb edəcəklər.