Bu gün şahmatçıların bayramıdır
20 iyul 2019 12:24 (UTC +04:00)

Bu gün şahmatçıların bayramıdır

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 1996-cı ildə keçirilən konqresində qəbul edilən qərara əsasən hər il iyulun 20-si Beynəlxalq Şahmat Günü kimi qeyd olunur.
 
Lent.az məlumat verir ki, 1924-cü ildə əsası qoyulan ali qurum bütün rəsmi yarışların, o cümlədən kişi və qadınlar arasında dünya çempionatları, kişi, qadın, tələbə və yeniyetmələrin komanda birincilikləri, Avropanın komanda birinciliyi, Avropa Çempionlar kuboku, Panamerikan fərdi yarışlarının əsas təşkilatçısı hesab edilir.
 
Bildirək ki, Azərbaycan Şahmat Federasiyası 1920-ci ildə yaradılıb. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə Azərbaycan Şahmat Federasiyası, Beynəlxalq Şahmat Federasiyasına (FIDE) üzv olub.
 
Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul edən yeganə dövlətdir. Azərbaycanda şahmata nəzarət edən rəsmi qurum isə Azərbaycan Şahmat Federasiyasıdır.
 
Həmçinin azərbaycan şahmatçıları arasında dünyada tanınmış qrosmeysterlər də var.
 
Şəhriyar Məmmədyarov dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır. O, 2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Qrosmeyster bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb. 
 
 
Azərbaycanın aparıcı şahmatçılarından biri, beynəlxalq dərəcəli qrossmeyster (2001) Teymur Rəcəbov 14 yaşında ikən dünyanın ən gənc qrossmeysteri olma rekordunu yeniləmişdir və hazırda şahmat vunderkindi hesab olunur.
 
 
Azərbaycan şahmatı tarixində qrossmeyster (2002), şahmat üzrə üçqat Azərbaycan çempionu (1995, 1996, 1998) Vüqar Həşimov da yer alıb. Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. 14 yanvar 2014-cü ildə mərhumla vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil olunaraq elə həmin gün də III Fəxri Xiyabanda dəfn edilib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar