Bu gün 5 boksçumuz mübarizəyə aparacaq. Lent.az-ın məlumatına görə, 64 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Lorenzo Sotomayor moldovalı Dmitri Qalaqotla üz-üzə gələcək.
69 kq çəki dərəcəsində Pərviz Bağırov rinqə çıxacaq. 21 yaşlı bokçumuzun moldovalı Vasili Belusla qarşılaşacaq.
75 kq çəki dərəcəsində millimizin üzvü Xaybula Musalov fransalı Haller Assomo Mbilini sınağa çəkəcək.
91 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Abdulqadir Abdullayev Macarıstan idmançısı Adam Homari ilə üz-üzə gələcək.
Qadınların 60 kq çəki dərəcəsində millimizin üzvü Yana Alekseyevna fillandiyalı Mira Potkonenlə qarşılaşacaq.