Bu futbolçu Azərbaycan millisində oynamaqdan imtina etdi
22 dekabr 2016 03:16 (UTC +04:00)

Bu futbolçu Azərbaycan millisində oynamaqdan imtina etdi

0

Sofiya “Slaviya”sının hücumçusu Serder Serderov maraqlı açıqlamalar verib.

 

Apasport.az saytının məlumatına görə, rus futbolçu “championat.com” saytına açıqlamasında bildirib ki, ona Azərbaycan millisində çıxış etmək təklif edilib.

 

“Şeydayev və Mahmudov söhbətindən qabaq və sonra da mənə dəfələrlə Azərbaycan Futbol Federasiyasından zənglər olurdu. Onlar istəyirdilər ki, mən Azərbaycan pasportu alıb, vətəndaşlığını qəbul edim və bu ölkənin milli komandasında çıxış edim. Ancaq bu təklifi qətiyyətlə rədd etdim. Çünki rusam, Moskvada yaşayıram və bu mənim üçün prinsipial məsələdir” – deyə 22 yaşlı hücumçu bildirib.

 

Qeyd edək ki, karyerasə ərzində MOİK, “Anji”, “Krılya Sovetov”, “Slaviya” (Sofiya) kimi komandalarda çıxış edən Serderov Rusiyanın 17, 19 və 21 yaşlılardan ibarət millilərində də çıxış edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar