Braziliya kubokunun qalibi bəlli oldu
08 dekabr 2016 07:22 (UTC +04:00)

Braziliya kubokunun qalibi bəlli oldu

0

Braziliya kubokunun ikinci final matçı keçirilib.

 

APA-nın məlumatına görə, həlledici oyunda "Qremio" "Atletiko Mineyro" ilə qarşılaşıb.

 

Portu-Aleqri şəhərində baş tutan matç 1:1 hesabı ilə başa çatıb. İlk oyunda rəqibini 3:1 hesabı ilə məğlub edən “Qremio” rekorda imza ataraq tarixində 5-ci dəfə Braziliya kubokunun qalibi olub.

 

Bundan əvvəl “Kruzeyro” klubu 4 dəfə turniri qalib kimi başa vurub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 569

Oxşar yazılar