Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”-“Sent-Etyen” oyununda dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağl Ağdam klubu sürpiz hazırlayıb. Lent.az məlumatına görə, klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bu barədə "facebook" səhisəsində qeyd edib.
Məlumatı dəqiqləşdirmək üçün mətbuat katibi ilə əlaqə saxladıq. N.İbrahimov dahi sənətkarın doğum günü münasibəti ilə hazırladıqları sürprizi açıqlamaqdan imtina edib: "Bunu indidən desək sürprizlikdən çıxar".