Boston marafonunda partlayış: azı 12 nəfər həlak olub
16 aprel 2013 01:25 (UTC +04:00)

Boston marafonunda partlayış: azı 12 nəfər həlak olub

Boston marafonunun sonuna yaxın iki dəfə partlayış olub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumata görə, qalib finiş xəttinin keçəndən 3 saat sonra partlayış baş verib.

 

Məlumatlara əsasən, onlarla adam yaralanıb. Partlayışın baş vermə səbəb hələ məlum deyil. Boston marafonunun mənzil –qərargahı yerləşən binaya giri-çıxış qadağan edilib. Şahidlər olay baş verən yerdə qanlı gölməçələrin olduğunu bildirib. İlkin məlumata əsasən, azı 12 nəfər həlak olub.

 

Boston marafonu ən qədim və nüfuzlu yarışlardan sayılır.

 

Xatırladaq ki, marafon ilk dəfə 1897-ci ildə «Vətənsevərlər günü» münasibəti  ilə keçirilib. O vaxtdan bəri hər il aprelin 3-cü bazar ertəsi günü gerçəkləşdirilir. Onun uzunluğu 42 km, 195 metrdir.

 

# 963
avatar

Oxşar yazılar