Altıqat olimpiya və beşqat dünya çempionu 26 yaşlı yamaykalı yüngül atlet Useyn Bolt martın 31-də Rio-de-Janeyronın Kopakaban çimərliyində xüsusi qaçış zolağında 150 metr məsafə yarışacaq.
Lent.az-ın xarici informasiyya vasitələrinə istinadən məlumatına görə, bu yarış onun Braziliya paytaxtında keçirilən Beynəlxalq Yüngül Atletika Federasiyalarına nəzarəti altında keçirilir.
Boltla birlikdə Antiquadan Deniel Beyli, Ekvadordan Aleks Kinones və daha bir braziliyalı idmançı yarışacaq.
Xatırladaq ki, 2009-cu ildə Bolt İngiltərənin Mançester şəhərində keçirilən küçə yarışmasında 150 metrlik məsafəni 14,35 saniyəyə qət etmişdi.