11 boksçumuz medalı təmin etdi - <span style="color:red;">YENİLƏNİB
24 iyun 2015 13:53 (UTC +04:00)

11 boksçumuz medalı təmin etdi - YENİLƏNİB

Bu gün daha 2 boksçumuz yarımfinala vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən  Xaybuya Musalovun 1/4 final mərhələsində belaruslu  Vitali Bandarenka ilə görüşüb. Qarşılaşma 3-0 hesabı ilə həmyerlimizin xeyrinə çatıb. Xeybula Musalov bu qələbədən sonra yarıminala vəsiqə qazanaraq bürünc medalı təmin edib.

 

 

 

12:45

Azərbaycanı boks üzrə qadınların  60 kq çəki dərəcəsində təmsil edən Yana Alekseyevnada yarımfinala çıxaraq bürünc medalı  təmin edib. Lent.az-ın məlumatına görə, o, 1/4 final mərhələsində rusiyalı Zinayda Dobrinina ilə  üz-üzə gəlib. Qarşılaşama 3-0 hesabı ilə həmvətənlimizin xeyrinə başa çatıb. Bununla Yana Alekseyevna yarıminala yüksəlib. 

****

10:29

Bu gün Avropa Oyunlarının boks yarışları çərçivəsində iki idmançımız  final, digər ikisi isə  yarımfinal uğrunda döyüşə çıxacaq. Lent.az-ın məlumatına görə, 56 kq çəki dərəcəsində  ən azı bürünc medalı özü üçün təmin edən Tayfur Əliyev yarımfinalda rusiyalı Bəxtovar Nazirova üz-üzə gələcək.

 

 

81 kq çəki dərəcəsində bürünc medalı təmin edən  Teymur Məmmədov yarımfinalda rusiyalı Pavel Silyagin döyüşəcək.  

 

 

Qeyd edək ki, Azərbaycan boks üzrə milli komandasının 9 üzvü  yarımfinala vəsiqə qazanaraq ən azı bürünc medalı özlərinə təmin ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443

Oxşar yazılar