ABŞ-ın həvəskar boksçusu Ceremayya Moen döyüşdən sonra ölüb. Lent.az-ın məlumatına görə, superağır çəkidə çıxış edən 29 yaşlı idmançı “Golden Gloves” turniri çərçivəsində görüş vaxtı ilk raunddaca rinqə sərilib.
Onu Qrand-Forks şəhər xəstəxanasına çatdırsalar da, özünə gələ bilməyib. Xəstəxanadan bildirilib ki, Moen əvvəlki döyüşlərində də başından ciddi zədələr alıb. Bu səbəbdən, növbəti dəqiq zərbə faciəvi sonluqla müşayiət olunub.
Boksçu ölümündən sonra orqanlarını transplantasiya üçün verməyi vəsiyyət edib.