Tovuz komandası “Bakı”nı “Bakcell Arena”da qəbul edəcək
“Turan” klubu futbol üzrə Topaz Premyer Liqasının XVI turundan təxirə salınmış qarşılaşmada “Bakı”nı Tovuz şəhər stadionunda yox, paytaxtdakı “Bakcell Arena”da qəbul edəcək. Bu haqda Lent.az-a “Turan”ın baş məşqçisi Əfqan Talıbov məlumat verib.
O bildirib ki, səbəb Tovuz şəhər stadionunun təmirə bağlanmasıdır. Fevralın 9-da Bakıdakı “Bayıl Arena”da “Rəvan”a 0:2 hesabı ilə uduzduğu XIX tur matçından sonra “Turan” rayona qayıtmayıb. Qərb klubu “Bakı” ilə matçın hazırlıqlarına elə paytaxtda başlayıb.
Qeyd edək ki, “Turan” – “Bakı” matçı fevralın 13-də keçirilməlidir.