Beynəlxalq Olimpiya Komitəsinin prezidentindən güləş açıqlaması
14 fevral 2013 12:00 (UTC +04:00)

Beynəlxalq Olimpiya Komitəsinin prezidentindən güləş açıqlaması

Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Jak Roqqe yaxın vaxtlarda Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti ilə görüşəcək. Lent.az-ın məlumatına görə, bu haqda Roqqenin özü açıqlama verib.

 

O bildirib ki, güləşin 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarılmasını təklif edən İOC İcraiyyə Komitəsinin qərarını Martinetti ilə müzakirə edəcək: “Açığı, FİLA prezidenti bu qərarımızı təəccüblə qarşıladıqlarını bildirdi. Martinetti söz verdi ki, idmana adaptasiya olacaqlar və 2020-ci il olimpiadasında da yer almaq üçün mübarizə aparacaqlar. Onunla görüşümdə bu mübarizənin yollarını müzakirə edəcəyik”.   

 

Roqqe güləşin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yer alacağını xatırladaraq, güləşçiləri ruhdan düşməməyə çağırıb: “Mən İOC İcraiyyə Komitəsindəki səsvermənin nəticələrinin güləş növü tərəfdarlarının tənqidləri ilə qarşılanacağıni əvvəlcədən də bilirdim. Amma biz ədalətli proses qurmuşuq. Bunun sayəsində səsvermədən keçə bilməyən idman növü 7 namizəd növlə rəqabət aparma şansına malikdir”.

 

Qeyd edək ki, Güləş 2020-ci il Yay Olimpiya Oyunlarının proqramında da yer almaq üçün 7 idman növü – beysbol (softbol), karate, rolikli idman, skvoş, idman qayayadırmanması, veykbordinq və uşu ilə mübarizədən qalib ayrılmalıdır. Bu növlərin təqdimatı mayda İOC İcraiyyə Komitəsinin Rusiyanın Sankt-Peterburq şəhərindəki iclasında olacaq. Yekun qərar isə sentyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək İOC-un sessiyasında veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1170
avatar

Oxşar yazılar