Beş şahmatçımız “Aeroflot”da
13 fevral 2013 15:34 (UTC +04:00)

Beş şahmatçımız “Aeroflot”da

Rusiyanın paytaxtı Moskvada ənənəvi beynəlxalq “Aeroflot Open 2013” şahmat festivalı start götürüb. Azərbaycan Şahmat Federasiyasından Lent.az-a verilən məlumata görə, festivala qatılan 21 ölkədən 257 şahmatçı arasında 5 təmsilçimiz də yer alıb.

 

Yarışda əvvəlcə sürətli şahmatın seçmə, sonra isə blits-turniri keçiriləcək. Sürətli şahmat turnirində beynəlxalq qrossmeysterlər Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və beynəlxalq ustalar İlqar Bacarani, Orxan Abdulov iştirak edirlər. Rauf  Məmmədov hələlik 4 oyundan 4 xalla liderlik edir. Qədir Hüseynov 3.5 xal, Vasif Durarbəyli 2.5 xal yığdığı halda, İlqar Bacarani hələ aktivinə xal yaza bilməyib.

 

Qeyd edək ki, turnirdə ilk 30 yeri tutan şahmatçılar finala vəsiqə qazanacaqlar. Finalda 30 nəfərə dünyanın 8 güclü şahmatçısı, o cümlədən, həmyerlimiz Şəhriyar Məmmədyarov da qoşulacaq.

 

# 523
avatar

Oxşar yazılar