Berti Foqts: “Azərbaycanlı futbolçuların maaşları azaldılmalıdır” – MÜSAHİBƏ
18 mart 2013 18:40 (UTC +04:00)

Berti Foqts: “Azərbaycanlı futbolçuların maaşları azaldılmalıdır” – MÜSAHİBƏ

- Martın 13-dən millimiz təlim-məşq toplantısındadır. Hazırlıq prosesindən razısınız?

 

- Tam razı qala bilmərəm. Çünki futbolçuların daha sürətli oynamalarını istəyirəm. Top öz oyunçularımızda olanda komanda yoldaşları daha tez boş mövqeyə açılmalıdırlar. Amma bu, Azərbaycan futbolunda böyük problemdir. Ona görə də tam razı qala bilmərəm.

 

- Hazırlığa qatılanlardan bəziləri, xüsusən, qapıçı Kamran Ağayevlə müdafiəçi Ruslan Abışov uzun müddətdir, rəsmi oyunlarda çıxış etmirlər. Bu halda onların oynaması sual altına düşməyəcək?

 

- Gözləməliyik. Bu gün suala tam dəqiq cavab verə bilmərəm. Hər ikisi yaxşı futbolçudur. Onlardan beynəlxalq səviyyəli matçlarda nə, hansı oyunu gözlədiyimi özləri də bilirlər. Azərbaycanda hər oyunçu sürətli futbol nümayiş etdirmir. Çox nadir hallarda beynəlxalq səviyyədə oyunun şahidi oluruq. Əsas heyətdə kimin yer alacağına oyun günü qərar verəcəyəm.

 

- Lüksemburq və Portuqaliya yığmalarına qarşı taktikaların bir-birinin əksinə olacağını düşünmək olar?

 

- Portuqaliya ilə oyunun taktikası barədə hələ danışmaq istəmirəm. Növbəti rəqibimiz Lüksemburqdur. Onu bilməliyik ki, Lüksemburq da bizimlə eyni gücdədir. Hələ ki hesab 0:0-dır.

 

- Cari seçmə tsikldə ilk dəfə qələbə qazanmaq imkanı yaranıb. Bu imkanı dəyərləndirmək mümkün olacaqmı?

 

- Bu suala dəqiq cavab verə bilmərəm. Yenə deyirəm: hesab hələ 0:0-dır. Mən meydanda oynamaq istəyirəm. Ötən tsikldə Qazaxıstanla səfər oyunu qabağı hamı “Böyük fərqlə udmalıyıq” deyirdi. Amma elə oldu ki, uduzduq. 

 

- Topaz Premyer Liqasının yeni formatını necə dəyərləndirirsiniz?

 

- Şükür Allaha ki, bu qərarı qəbul etdilər. Çox şükür!

 

- Bəs I divizion komandalarının start heyətində yaşı 21-dək olan 8 futbolçunun çıxması barədə qərarı necə?

 

- Əla! Mən Rövnəq Abdullayevə təşəkkür edirəm ki, belə bir təklif verib və AFFA İcraiyyə Komitəsi qərar qəbul edib. Belə yolla davam etsə, Azərbaycan futbolunda inkişaf olacaq. Bir də oyunçuların maaşlarının azaldılmasına çalışmaq lazımdır.  

 

- Növbəti mövsümdə də bu cür uzunmüddətli təlim-məşq toplantılarını nəzərdə tutursunuz?

 

- Gözləməliyik. İndi bir söz deyə bilmərəm.

# 3002
avatar

Oxşar yazılar