Bernd Şuster Azərbaycanda
30 aprel 2013 13:24 (UTC +04:00)

Bernd Şuster Azərbaycanda

Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 1-də Bayıl stadionunda veteran futbolçular arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyunu ilə əlaqədar Bakıda səfərdə olan almaniyalı məşhur futbol veteranı Bernd Şuster AFFA-nın baş katib Elxan Məmmədovla görüşüb. Lent.az-ın məlumatına görə, qonağı salamlayan E.Məmmədov AFFA-nın dəvətini qəbul etdiyi üçün ona minnətdarlığını bildirib.

 

Öz növbəsində B.Şuster Azərbaycanda olmasından böyük məmnunluq hissi keçirdiyini və veteranlar arasında keçiriləcək yoldaşlıq oyununu səbirsizliklə gözlədiyini deyib.

 

AFFA-nın Futbol akademiyasına gedən almaniyalı futbol veteranı buradakı şəraitlə tanış olub və Azərbaycan milli komandasının futbolkasının üzərinə xatirə imzası çəkib.

 

Baş katib AFFA-nın hədiyyələrini Bernd Şusterə təqdim edib.

 

# 621
avatar

Oxşar yazılar