Bekhem yarım milyon dollarlıq istirahətə yollandı
26 dekabr 2012 13:04 (UTC +04:00)

Bekhem yarım milyon dollarlıq istirahətə yollandı

Məşhur ingiltərəli futbolçu Devid Bekhem  Yeni il tətilini Maldiv adalarında keçirməyə qərar verib. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu məqsədlə Bekhemlər ailəsi ada-dövlətə üz tutub.

 

Devid və Viktoriya Bekhem, eləcə də onların övladları qarşıdakı 11 gün ərzində dincələcəklər. Yer cənnətində, daha dəqiqi, “One&OnlyReethi” kurortunda 10 günlük istirahət ulduz cütlüyə 250 min funt sterlinqə (400 min dollar) başa gələcək. Kurort 130 kottec, 12 çimərlik, 40 hovuz və digər əyləncə məkanlarından ibarətdir. Daimi müştərilərin xidmətinə hətta hidroplan da daxildir ki, onunla zövqlü səyahət də həyata keçirmək olar.

 

Bekhem ən yaxşı və ən bahalı kotteci seçib. Orada qalmaq sutkada 14 min dollara, dəqiqədə isə 10 dollara başa gəlir. Eyni zamanda, onlar heç kimdən maneçilik görməmək üçün qonşuluqda hərəsi 6 min dollarlıq daha 3 kottec tutublar. Beləliklə, bu ailənin təkcə  qalacaqları yer 350 min dollara başa gələcək.

 

# 1379
avatar

Oxşar yazılar