Bekhem səfir olacaq
05 mart 2013 11:08 (UTC +04:00)

Bekhem səfir olacaq

Fransanın PSJ klubunun yarımmüdafiəçisi Devid Bekhem Çin futbolunun səfiri olmağa razılaşıb. Lent.az-ın ESPN-ə istinadən verdiyi məlumata görə, ingiltərəli futbolçu Çin Futbol Assosiasiyası (CFA) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

 

Bekhem Çin Superliqasına dünya səviyyəsinə çıxmağa, habelə, Çin yığmasının dünyada nüfuzunu və elə bu ölkənin özündə futbolun çəkisini artırmağa yardımçı olmalıdır. Anlaşmanın müddəti məlum deyil.

 

Qeyd edək ki, son illər Çin futbolunun nüfuzu korrupsiya qalmaqalı üzündən ciddi zərərə məruz qalıb. 2012-ci ilin yayında Çində 20-dən çox sabiq futbolçu, məşqçi və hakim türmə cəzası alıb. Onlar danışılmış oyunlarla əlaqədə və rüşvət almaqda şübhəli biliniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422
avatar

Oxşar yazılar