Futbol üzrə Topaz Premyer Liqasında XXI turun proqramı açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turun 6 oyunundan 4-ü Bakıda olacaq.
Həm açılış, həm də bağlanış matçı “Bayıl Arena”da baş tutacaq. Qarşıdakı tura cümə günü 2 oyunla start veriləcək.
Artıq ilk “6-lıq”da yerlərini təmin etmiş “Qarabağ” və “Simurq” son 2 vəsiqə uğrunda yarışan “Rəvan” və “Bakı”nı sınağa çəkəcək. Şənbə günü baş tutacaq daha 3 görüş arasında qonşu pillələrdə qərarlaşan komandaların qarşılaşmaları daha böyük maraqla gözlənilir. Söhbət “Neftçi” – “İnter” və “Qəbələ” – “Xəzər Lənkəran” oyunlarından gedir. “Neftçi” qalib gəlsə, liderliyə yüksələcək. “Qəbələ” isə qələbəyə nail olsa, ilk “6-lıq”da yerini təmin edə bilər. Bunun üçün “Bakı” Zaqatalada xal itirməlidir. AZAL isə yalnız autsayder “Kəpəz”lə görüşdə xal itirsə, ilk “6-lıq” ümidlərini tam itirəcək. Tura bazar günü “Sumqayıt” – “Turan” matçı ilə yekun vurulacaq.
Qeyd edək ki,
22 fevral (cümə)
15:00. “Rəvan” (Bakı) – “Qarabağ” (Ağdam)
Bakı, “Bayıl Arena”
17:00. “Simurq” (Zaqatala) – “Bakı”
Zaqatala şəhər stadionu
23 fevral (şənbə)
15:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Qəbələ şəhər stadionu
17:00. “Neftçi” (Bakı) – “İnter” (Bakı)
Bakı, “Bakcell Arena”
18:00. AZAL (Bakı) – “Kəpəz” (Gəncə)
Bakı, “AZAL Arena”
24 fevral (bazar)
15:00. “Sumqayıt” – “Turan” (Tovuz)
Bakı, “Bayıl Arena”.