Latviyalı basketbolçu Kaspars Kambala və Kanadalı hokkeyçi Ceremi Yablonski Kazandakı "Tatneft Arena"da boks qarşılaşmasında üz-üzə gələcəklər.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, hər iki idmançı uşaqlıqdan boksla məşğul olurlar və rinqdə bir neçə döyüş keçiriblər.
36 yaşlı Kaspars Kambala dörd dəfə rinqə çıxıb və üç qələbə, bir heç-heçə əldə edib. Ceremi Yablonski isə 201 boks qarşılaşması və keçirib və 200 qələbə (114-ü nokautla) qazanıb.