Baş məşqçinin qayınanası “mama roza” çıxdı
27 mart 2013 15:39 (UTC +04:00)

Baş məşqçinin qayınanası “mama roza” çıxdı

Türkiyənin “Elazığspor” futbol komandasının  baş məşqçisi Yılmaz Vuralın qayınanasının fahişələr şəbəkəsinin başında durduğu üzə çıxıb. Lent. az-ın “Takvim” qəzetinə istinadən verdiyi məlumata görə, 59 yaşlı “G.G.” İzmir polisinin 2012-ci ilin sonlarında həyata keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

 

Onunla birgə 6 nəfər yaxalanıb. 32 qadın və 144 müştərinin ifadəsi alınıb.  

 

Vural qayınanasından nəinki üz çevirib, hətta İzmir məhkəməsinə gedərək, onun vəziyyəti barədə maraqlanıb.  Qəzetçilərə ədliyyə əməkdaşlarına baş çəkdiyini deyib. 

 

Qeyd edək ki, Yılmaz Vural Türkiyədə özünəməxsus xüsusiyyətlərə malik şəxslərdəndir. O, əvvəllər “TV8”də efirə gedən verilişlərin birində iki həyat yoldaşının olduğunu deyib. Vuralın sözlərinə görə, arvadlarından biri Almaniyada, digəri İstanbulda yaşayır və çox yaxşı qadındırlar: “Onlara qıymadım, heç birindən vaz keçə bilmədim. Hər ikisini çox sevirəm. Özləri də bir-birilərini qısqanmırlar. Yaxşı dolanırlar. Birlikdə xoşbəxt yaşayırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3527
avatar

Oxşar yazılar