Baş katib və Robert Prosineçki Məşqçilər Komitəsi ilə görüşdü
13 may 2016 13:21 (UTC +04:00)

Baş katib və Robert Prosineçki Məşqçilər Komitəsi ilə görüşdü

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və texniki direktor Bernhard Lippert də iştirak ediblər.

 

Görüşdə 1998, 1999, 2000 və 2001-ci il təvəllüdlü futbolçuların perspektivi, inkişaf prosesinin düzgün istiqamətləndirilməsi barədə fikir mübadiləsi aparılıb. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirindəki çıxışı müzakirə olunub. Görüş iştirakçıları yığmanın qarşısına qoyulan məqsədin əldə olunmamasına baxmayaraq, qrup mərhələsinin son iki oyununda qazanılmış nəticənin qənaətbəxş olduğunu bildiriblər.

 

Qeyd edək ki, yığmamız Avropa çempionatında qrup mərhələsini 4 xalla 3-cü pillədə başa vurub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242

Oxşar yazılar

"Barselona" səfərdə qalib gəldi

"Barselona" səfərdə qalib gəldi

17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı

“Neftçi” “Şamaxı” ilə bacarmadı

16 avqust 2025 , 22:36
“Mançester Siti” PSJ-nin qapıçısını aldı

“Mançester Siti” PSJ-nin qapıçısını aldı

16 avqust 2025 , 20:00
"Barselona" yeni qapıçısını  qeydiyyatdan keçirdi

"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi

16 avqust 2025 , 16:40
Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü,  oyun dayandı

Əlil arabasındakı azarkeş zənci futbolçunu söydü, oyun dayandı

16 avqust 2025 , 13:56
Messi yenidən meydana qayıtdı

Messi yenidən meydana qayıtdı

16 avqust 2025 , 09:42
"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ

"Çelsi" "Borussiya Dortmund"un təklifini RƏDD ETDİ

15 avqust 2025 , 19:56
Petr Çex 26 illik arvadından ayrıldı

Petr Çex 26 illik arvadından ayrıldı

15 avqust 2025 , 18:24