İtaliyanın nəhəng klublarından olan “Yuventus” gələn mövsüm üçün heyətini “Barselona”nın hücumçusu Aleksis Sançeslə gücləndirmək niyyətindədir. Lent.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, “Qoca Sinyora”nın rəhbərliyi çilili futbolçu ilə artıq danışıqlara başlayıb.
“Yuventus” Sançesi həmyerlisi Arturo Vidal vasitəsi ilə razı salmağa çalışır. İtalyanlar Aleksisə görə Kataloniya klubuna 27 milyon avro verməyi düşünürlər.
Qeyd edək ki, daha öncə “A” seriyasında “Udineze” nin şərəfini qoruyan Sançes “Barselona”nın heyətində 70 matçda forma geyinib və rəqib qapılarına 19 qol vurub.