<span style="color:red;">Baku 2015:  Tamaşaçı Məlumat Mərkəzi açıldı
26 mart 2015 12:55 (UTC +04:00)

Baku 2015: Tamaşaçı Məlumat Mərkəzi açıldı

Bakı 2015 tarixdə ilk Avropa Oyunlarının bir hissəsi olmaq istəyən yüz minlərlə insanı məlumatlarla təmin edəcək Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzi ictimaiyyətə təqdim edilib. Lent.az-ın məlumatına görə, 20-yə yaxın operator Bakı 2015 Oyunları, yarış obyektləri, idman növləri, yarış cədvəli, bilet satışı (qiymətlər, biletin alınması yolları, satış məntəqələri və onların açılış saatı, «Şanslı Qalib» kampaniyası), yarış obyektlərinə giriş, ticarət imkanları, mərasimlər və nəqliyyatla bağlı Azərbaycan və İngilis dillərində məlumat verəcək.

 

Xəttə zəng vuranları komediya ustası, aktyor və aparıcı, Bakı 2015-in Ulduz Elçisi Murad Dadaşov salamlayacaq.

 

Ölkəyə səyahət etmədən öncə məlumat almaq istəyən beynəlxalq qonaqlar üçün məlumat xətti +994 77 2015 000 nömrəsidir və zənglərin qiyməti zəng olunan ölkənin beynəlxalq zəng tariflərinə əsasən təyin ediləcək.    

 

Qeyd edək ki, Bakı 2015-də 20 idman növü təmsil olunacaq: 16 Olimpiya idman növü və 4 qeyri-olimpiya idman növü. Avropanın 6000-dən çox idmançısı yarışların davam edəcəyi 17 gün ərzində öz ölkələrini təmsil edəcəklər.

 

# 82
avatar

Oxşar yazılar